Bank Of Baku

Əmlak Məsələləri Dövlət Komitəsində müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində müşavirə keçirilib
# 16 oktyabr 2012 14:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2012-ci ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair iclas keçirilib. ƏMDK-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda Komitə sədri Kərəm Həsənov bildirib ki, ƏMDK-nin fəaliyyət proseslərində, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, vətəndaşların hüquq və azadlıqlarının səmərəli şəkildə təmin olunması, şəffaflığın daha da artırılması, korrupsiya hallarının qarşısının alınması məsələləri diqqət mərkəzində saxlanılıb.

Bildirilib ki, Azərbaycan prezidentinin «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərmanına uyğun olaraq artıq komitə tərəfindən bir sıra sahələrdə, o cümlədən daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması, müsadirə edilmiş əmlakın satışı ilə bağlı da keçirilən hərraclarda iştirak etmək elektron xidmətlər tətbiq edilir. Yaxın zamanlarda komitə tərəfindən göstəriləcək elektron xidmətlərin daha da genişləndirilməsi nəzərdə tutulur.

Cari ilin 9 ayında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və digər dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq, eləcə də Dünya Bankının həyata keçirdiyi Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində tədbirlər, o cümədən qeydiyyat və kadastr üzrə yeni İT sisteminin hazırlanması ilə bağlı işlər davam etdirilib.

Müşavirədə komitə sədri K.Həsənov fəaliyyət proseslərində şəffaflığın və səmərəliliyin daha da artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıqlar verib.

İclasda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı əhaliyə göstərilən xidmət keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması, bu sahədə şəffaflığın və səmərəliliyin daha da artırılması məqsədi ilə Komitədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və bu sahədə görülən işlərin daha da sürətləndirilməsinin vacibliyi bildirilib.

Komitə sədri dövlət əmlakının səmərəli idarə edilməsi və qorunub saxlanması, habelə zəbtolunma hallarının qarşısının alınması sahəsində həyata keçirilən işlərin daha da gücləndirilməsi, bu istiqamətdə bilavasitə yerlərdə ciddi nəzarət tədbirlərinin həyata keçirilməsi tapşırıqlarını verib.

Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı sahəsində proseduraların və sənədləşdirmələrin nəzarətdə saxlanılması, lüzumsuz sənədlərin tələb edilməsinə və təkrarçılığa yol verilməməsi, qeydiyyatla bağlı müraciətlərə vaxtında baxılması, xidmət keyfiyyətinin daha da yaxşılaşdırılmasının nəzarətdə saxlanılması bildirilib.

İclasda komitəyə daxil olan müraciətlərə, ərizə və şikayətlərə mahiyyəti üzrə baxılmasında operativliyin artırılması, süründürməçilik hallarına yol verilməməsi, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, informasiya işinin nəzarətdə saxlanılması, ictimai məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinin vacibliyi də qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR