Bank Of Baku

Azərbaycanda ünvan verilməsi qaydaları dəyişəcək

Azərbaycanda ünvan verilməsi qaydaları dəyişəcək
# 16 oktyabr 2012 14:24 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində ilk 9 ayda görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən iclasda bildirilib.

İclasda qeyd olunub ki, ötən müddətdə daşınmaz əmlakın vahid kadastrının aparılması, ünvan reyestri və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi sahələrində müəyyən edilmiş tədbirlər həyata keçirilib. Belə ki, dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması işlərinin icrası davam etdirilib.

«Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi Layihəsi» başa çatmaq üzrədir, «Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi» işlərinə isə başlanılıb.

İclasda qeyd olunub ki, Azərbaycanda həyata keçirilən ən mühüm elektron infrastruktur layihələrindən biri olan ünvan reyestri informasiya sisteminin yaradılması ilə bağlı işlər başa çatdırılmaq üzrədir. Artıq 2013-cü il yanvarın 1-dən etibarən ünvanlar yeni qaydalara əsasən veriləcək, küçə və binalara müasir dizaynlı ünvan lövhələri vurulacaq.

İlk 9 ayda dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazasının yaradılması ilə bağlı işlər davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR