Bank Of Baku

Azərbaycanın dəmir yollarında bu il göndərilən yükün həcmi 3% azalıb

Azərbaycanın dəmir yollarında bu il göndərilən yükün həcmi 3% azalıb
# 17 oktyabr 2012 08:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında «Azərbaycan Dəmir Yolları» QSC-nin stansiyalarından 10,4 mln. ton yük göndərilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% azdır. «APA-Economics»in məlumatına görə, bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov bildirib.

A.Əsgərovun sözlərinə görə, yük daşımalarının 7 mln. tonunu neft və neft məhsulları təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 11,4% azdır: «Ötən ilin müvafiq dövrünə nisbətən proqnoz 87,9% icra edilib. O cümlədən, göndərilmiş tranzit nefti 14% azalaraq 3,8 mln. ton olub. Tranzit nefti üzrə proqnoz 87,3% yerinə yetirilib».

A.Əsgərov bildirib ki, ümumi yük daşımaları bu ilin 9 ayında 17,1 mln. ton olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,2% çoxdur (proqnoz 106,3% yerinə yetirilib). «O cümlədən, daxili daşımalar 16,1% artaraq 3,6 mln. tona, ixrac 12,1% azalaraq 2,9 mln. ton, idxal 29,7% artaraq 4,8 mln. ton, tranzit isə 3,3% azalaraq 5,7 mln. ton təşkil edib. Ümumi yük dövriyyəsi 6,1 mlrd. ton/km təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% çoxdur. Bu rəqəm daxili daşımalar üzrə 844,1 mln. ton/km, ixrac 1,2 mlrd. ton/km, idxal 1,3 mlrd. ton/km, tranzit 1,8 mlrd. ton/km olub», - deyə A.Əsgərov qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR