Bank Of Baku

Atatürk prospektində yeni yeraltı piyada keçidi tikilir

Atatürk prospektində yeni yeraltı piyada keçidi tikilir
# 17 oktyabr 2012 10:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azəryolservis» ASC Bakının Atatürk prospektində yeni yeraltı piyada keçidinin inşasına başlayıb.

«APA-Economics»in ASC-nin yaydığı xəbərə istinadən verdiyi məlumata görə, layihə «Qələbə» meydanında nəzərdə tutulan müxtəlif səviyyəli yol qovşağının tikintisi çərçivəsində həyata keçirilir. Nəqliyyatın intensiv hərəkət etdiyi ərazidə inşa olunan piyada keçidinin müxtəlif istiqamətlərə giriş-çıxışı olacaq.

Qeyd edək ki, Bakının «Qələbə» meydanındakı müxtəlif səviyyəli yol qovşağının tikintisi 2013-cü ildə yekunlaşacaq. Tikintisi davam etdirilən yol qovşağı kompleksinə 6 tunel, 2 piyada keçidi və metronun «Gənclik» stansiyasının 2 çıxışının tikintisi daxildir. Layihə üzrə 5 tunelin yerləşdiyi ərazidə kommunikasiyaların köçürülməsi və tikinti quraşdırma işləri başa çatdırılıb. Hazırda üzlənmə, drenaj işləri və tunellərin daxilində yol geyiminin tikintisi həyata keçirilir. Svay işləri yekunlaşan digər tuneldə isə papaq tirlərinin və üst aşırım tirlərinin quraşdırılmasına başlanılıb. Artıq işlərin 70%-i başa çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR