Bank Of Baku

Gəncədə Fransa İli keçiriləcək

Gəncədə Fransa İli keçiriləcək
# 17 oktyabr 2012 11:27 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönie (Pascal Mounier) bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Fransa arasında əlaqələr ilbəil inkişaf edir və bu əlaqələr gələcəkdə daha da genişləndiriləcək: «2013-cü il Gəncədə Fransa İli kimi qeyd olunacaq və il ərzində Gəncədə müxtəlif tədbirlər təşkil olunacaq».

P.Mönie onu da bildirib ki, yaxın gələcəkdə Azərbaycan və Fransa arasında əlaqələrin və əməkdaşlığın 20 illiyi qeyd olunacaq və bu münasibətlə Azərbaycandan böyük nümayəndə heyəti Parisə səfər edəcək.

Qeyd edək ki, hazırda Fransa səfirliyi tərəfindən Azərbaycan vətəndaşları üçün vizanın verilmə müddətinin azaldılması istiqamətində işlər aparılır və yaxın gələcəkdə Azərbaycan vətəndaşları vizanı 10 günə, hətta 8 gün ərzində ala biləcəklər.

Xatırladaq ki, hazırda Fransa səfirliyindən vizanın alınması üçün təxminən 15 gün tələb olunur.

Qeyd edək ki, hazırda Bakıdan Fransanın paytaxtı Paris şəhərinə həftədə 4 dəfə birbaşa sərnişin aviareysləri mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR