Paşha Bank
Bank Of Baku

“28 May” NMM-də və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

“28 May” NMM-də və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb
# 28 sentyabr 2026 18:21 (UTC +04:00)

Rahat sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə “28 May” Nəqliyyat Mübadilə Mərkəzində və Moskva prospektində yeni dayanacaq pavilyonları quraşdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "APA-Economics"ə verilən məlumata görə, metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişin tələbatının artması nəzərə alınaraq “28 May” NMM-də 2 yeni dayanacaq pavilyonu istifadəyə verilib.

Moskva prospekti, “20 Yanvar” dairəsindən “Şamaxinka”ya gedən yolda isə cib tipli dayanacaq məntəqəsində səki infrastrukturu yaradılmaqla 4 pavilyon təşkil edilib.

Eyni zamanda, “Şamaxinka”da metronun “20 Yanvar” stansiyası istiqamətində sərnişin axınının intensivliyi nəzərə alınaraq əlavə 1 pavilyon quraşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR