Bank Of Baku

Azərbaycanda fərdi məlumatların dövlət ekspertizasının təşkili üçün normativ hüquqi aktlar hazırlanır

Azərbaycanda fərdi məlumatların dövlət ekspertizasının təşkili üçün normativ hüquqi aktlar hazırlanır
# 05 mart 2020 15:30 (UTC +04:00)

Azərbaycanda fərdi məlumatların informasiya sistemlərində dövlət ekspertizasının təşkili ilə bağlı normativ hüquqi aktlar hazırlanır.

"APA-Economics"in əldə etdiyi məlumata görə, fərdi məlumat operatorlara və mülkiyyətçilərə tövsiyə olunub ki, onlar fərdi məlumatların işlənməsini və mühafizəsini qanunvericiliyə uyğun aparılmasını təmin etsinlər.

Qeyd edək ki, bu istiqamətdə işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir.

Yaxın gələcəkdə bu istiqamətdə dövlət ekspertizası aparılacaq. Bundan başqa, Xidmət tərəfindən göstəriləcək xidmətlərin sırasına fərdi məlumatlar operatorların sifarişləri əsasında fərdi məlumatların işlənilməsinin, toplanmasının və mühafizəsinin qanunvericiliyə uyğun aparılmasının auditini təşkil edilməsi olacaq.

Eyni zamanda, fərdi məlumatlar sahəsində hüquqları pozan şəxslərin, müvafiq orqanlarla birgə məsuliyyətə cəlb olunması ilə bağlı Elektron Təhlükəsizlik Xidməti tərəfindən tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR