"AzInTelecom" MMC tərəfindən Yevlaxda yaradılan ehtiyat Data-mərkəzi ABŞ-ın "Uptime Institute" şirkəti tərəfindən "Tier3 Design" sertifikatına layiq görülüb.
Bunu "APA-Economics"ə "AzInTelecom"un kommersiya departamentinin rəhbəri Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, Data-mərkəz işə salındığından sonra "Uptime Institute" tərəfindən sınaqlar aparılacaq.
"Alınan nəticələr əsasında daha bir "Tier3 Facility" sertifikatının əldə edilməsinə nail olmağa çalışacağıq", - deyə R. Əliyev qeyd edib.
Qeyd edək ki, Yevlaxdakı ehtiyat Data-mərkəzində Bakıdakı əsas mərkəzdə olduğu kimi, burada da bütün xidmətlər istifadəçilərin ixtiyarına veriləcək. Mərkəzin istifadəyə verilməsi bu ilin birinci yarım ilində nəzərdə tutulub.