Bu ilin mart ayında Böyük Britaniyada avtomobil satışları ötən ilin eyni ayı ilə müqayisədə 40% azalıb.
"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumat görə, ötən ay ölkədə 250 min yeni avtomobil satılıb ki, bu da 1999-cu ildən bəri martda qeyd alınan ən zəif satış statistikasıdır.
Qeyd edək ki, ötən il ərzində satılan avtomobillərin 20%-i təkcə mart ayında satılıb.