Bu ilin fevral ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı yanvar ayı ilə müqayisədə 11,1% azalaraq 345 ədəd təşkil edib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, fevral ayı ərzində mərkəzə daxil olan sorğulardan 98%-nə baxılıb və təmin edilib.
Mərkəzdən verilən məlumata əsasən, fevral ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 2 domen və 19 subdomen qeydiyyatdan keçib.
Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 21 hesabat təqdim edilib.
Həmçinin bildirilir ki, fevral ayı ərzində URL əsaslı bloklanan zərəvericilərin sayı 3 712 ədəd təşkil edib. Bundan başqa, mərkəzləşdirilmiş antivirus sistemi ilə 4 597, "Sandboxing" yolu ilə isə 4 959 ədəd zərərverici qeydə alınıb.