Məcburi köçkün ailələri üçün Abşeron rayonunda yeni binalar və uşaq bağçası tikiləcək

Məcburi köçkün ailələri üçün Abşeron rayonunda yeni binalar və uşaq bağçası tikiləcək
# 14 mart 2020 10:55 (UTC +04:00)

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturun yaradılmasına dair keçirilən tenderlərin qaliblərini müəyyənləşdirib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, Fondun elan etdiyi tenderlərin qalibləri “Proqress” sənaye-istehsalat şirkəti və “Bakinşaat Group” MMC seçilib. Martın 13-də bu şirkətlərlə ümumi dəyəri 10 mln. manatdan çox təşkil edən müqavilələr imzalanıb.

Müqavilələrə əsasən “Proqress” şirkəti tərəfindən Abşeron rayonu ərazisində 3780 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 54 mənzildən ibarət iki 9 mərtəbəli yaşayış binaları inşa ediləcək.

“Bakinşaat Group” tərəfindən isə Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 280 yerlik uşaq bağçası inşa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR