Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 6-da Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin “İxrac ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncama əsasən, 2020-ci il Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “2020-ci ilin Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilməsinə dair tədbirlər planı”nı hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməlidir.