Bank Of Baku

Xəzər Dəniz Gəmiçiliyinin obyektlərində dezinfeksıya aparılıb

Xəzər Dəniz Gəmiçiliyinin obyektlərində dezinfeksıya aparılıb
# 17 mart 2020 11:35 (UTC +04:00)

Nazirlər Kabinetinin "Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı"nın icrasını təmin etmək məqsədi ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

ASCO-dan "APA-Economics"ə verilən məlumata görə, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri ASCO-nun Xəzər Dəniz Neft Donanmasına aid Liman-bazada, Şimal və Damba körpülərində və orada dayanan gəmilərdə, eləcə də "Bibiheybət" Gəmi Təmiri Zavodunda aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Koronavirusla bağlı ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri də davam etdirilir. Həmçinin, şirkətdə rəhbər şəxslərdən ibarət qərargah və (050) 274 30 82 nömrəli "qaynar xətt" də fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR