Bank Of Baku

Yaxın günlərdə Abşeron dairəvi dəmir yolunun Pirşağı-Sumqayıt hissəsi istifadəyə veriləcək

Yaxın günlərdə Abşeron dairəvi dəmir yolunun Pirşağı-Sumqayıt hissəsi istifadəyə veriləcək
# 13 mart 2020 16:43 (UTC +04:00)

Novruz bayramınadək Abşeron dairəvi dəmir yolunun Pirşağı-Sumqayıt hissəsinin istifadəyə verilməsi planlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müavini Zaman Novruzov bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə sözügedən hissənin istifadəyə verilməsi gözlənilir: "Hazırda qatarlar "Bakı Sərnişin" stansiyasından Pirşağıyadək hərəkət edir,  o biri tərəfdən isə "Bakı Sərnişin" stansiyasından Biləcəri-Xırdalan və Sumqayıta qədər hərəkət edir".

Qeyd edək ki, bununla da Abşeron dairəvi dəmir yolunun uzunluğu 91 km-ə çatdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR