Bank Of Baku

ADY sədri "Gürcüstan Dəmir Yolu" SC-nin rəhbəri ilə görüşüb

ADY sədri "Gürcüstan Dəmir Yolu" SC-nin rəhbəri ilə görüşüb
# 14 dekabr 2022 17:11 (UTC +04:00)

14 dekabr 2022-ci il tarixində Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları’’ QSC-nin sədri Rövşən Rüstəmovla "Gürcüstan Dəmir Yolu" SC-nin baş direktoru David Peradze arasında ikitərəfli görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları’’ QSC-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Poti, Batumi və Kulevi limanları istiqamətində daşınma şərtləri və proseslərin optimallaşdırılması müzakirə edilib.

Qeyd edək ki, səfər çərçivəsində həmçinin nümayəndə heyətləri arasında “Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi’’ və "Asiya-Sakit okean ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa" beynəlxalq multimodal marşrutlarının inkişafı üzrə birgə fəaliyyət istiqamətlərinin razılaşdırılması ilə bağlı məhsuldar müzakirələr keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR