Paşha Bank
Bank Of Baku

Tramp: ABŞ İranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışmır

Tramp: ABŞ İranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışmır
# 25 noyabr 2026 07:04 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranda güc yolu ilə hakimiyyət dəyişikliyinə nail olmaq niyyətində olmadığını bildirib.

APA xəbər verir ki, o, “New York Post” qəzetinə müsahibəsində əsas məqsədinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu deyib.

Tramp hakimiyyət dəyişikliyinin heç vaxt onun üçün əsas meyar olmadığını vurğulayıb.

İsrailin İranda hakimiyyəti güc yolu ilə dəyişmək istəyinə münasibət bildirən Tramp bunun mümkün ola biləcəyini, lakin özünün belə bir məqsəd güdmədiyini qeyd edib.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrda Tramp ilə İrana qarşı birgə addımları müzakirə etdiyini və Tehranda hakimiyyət dəyişikliyini əsas vəzifə hesab etdiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR