İraqın dövlət büdcəsi son 17 ildə ölkənin şimalından neft və neft məhsullarının qaçaqmalçılığı, eləcə də müxtəlif saxtakarlıq sxemləri nəticəsində 303 milyard dollar zərər görüb.
APA xəbər verir ki, bunu İraq parlamentinin deputatı Məhəmməd əl-Həfaci bildirib.
Onun sözlərinə görə, itkilərin 101 milyard dolları nəzərdə tutulan neft həcmlərinin dövlətə təhvil verilməməsi, 79 milyard dolları dövlət şirkətindən yan keçməklə neft ixracı, 123 milyard dolları isə şimaldakı neft yataqlarının İraq Kürdüstanı rəhbərliyinin nəzarətinə keçməsi ilə bağlıdır.