Bank Of Baku

Ağdamdakı Xaçınçay su anbarına media-tur təşkil edilib - FOTO

Xaçınçay su anbarı

© APA | Xaçınçay su anbarı

# 16 dekabr 2022 13:07 (UTC +04:00)

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Ağdam rayonundakı Xaçınçay su anbarına media-tur təşkil edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, işğaldan azad olunan əraziyə səfər edən jurnalistlərə Xaçınçay su anbarı barədə məlumat verilib. Qeyd olunub ki, Xaçınçay su anbarının 7 kilometr uzunluğunda olan kanalının təmiri və bərpası ilə paralel su anbarı bəndinin beton üzlüyünün üzərindəki köhnə beton qaşınaraq təmizlənir, sınmış üzlük tavaları dağıdılaraq çıxarılıb yenidən tamamilə betonla üzlənir.

Məlumata görə, bəndin üstündə abadlaşdırma işləri aparılacaq. Bəndin sol yamacında yeni istinad divarının inşası nəzərdə tutulub. Qülləli suburaxıcı qurğunun və su aparan borusunu divarları, beton üzlükləri, hidromexaniki avadanlıqları, şaxtavari suaşıranın dib və divarları betonla üzlənəcək, su anbarından su aparan beton kanalın beton üzlüyü və üzərindəki qurğular təmir olunaraq yenilənəcək.

Xaçınçay su anbarında yeni inzibati binanın və təmir emalatxanasının tikintisi də nəzərdə tutulub.

Qeyd edək ki, Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib.

Su anbarının suvarma məqsədli, uzunluğu 7 km, su sərfi 3m3/san olan kanalının təmiri və bərpası nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR