Bank Of Baku

Anar Quliyev: "Rayon icra hakimiyyətləri qanunsuz tikintilərin qarşısını almalıdır"

Anar Quliyev: "Rayon icra hakimiyyətləri qanunsuz tikintilərin qarşısını almalıdır"
# 12 dekabr 2022 13:40 (UTC +04:00)

“İstənilən yerdə tikinti işləri üçün icazə sənədi olmalıdır”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, torpaq üzərində hüquqdan layihələndirmə başlamalıdır.

“Komitə bəzən yerli icra hakimiyyəti orqanlarına dəstək üçün qanunsuz tikintilərlə bağlı monitorinqləri onlarla birlikdə aparır. Rayon icra hakimiyyətləri qanunsuz tikintilərin qarşısını almalıdır. Qanunsuz tikinti ilk olaraq dayandırılmalıdır, tikintinin qanuna uyğun tikilməsi mümkün deyilsə, bu sökülməlidir” - Komitə sədri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR