Bank Of Baku

"ASAN Wi-Fi"ın əhatə dairəsini genişləndirilməsilə bağlı tədbirlər planı hazırlanır

"ASAN Wi-Fi"ın əhatə dairəsini genişləndirilməsilə bağlı tədbirlər planı hazırlanır
# 10 iyun 2019 11:43 (UTC +04:00)

“ASAN Wi-Fi” xidmətinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlanır. Bunu “APA-Economics”ə “ASAN xidmət”in Elektron Hökumətin İnkişaf Mərkəzindən deyiblər.

Mərkəzdən bildirilib ki, qeyd olunan tədbirlər planı yaxın 1 ay ərzində ictimaiyyətə təqdim olunacaq.

“Əsas məqamlardan biri odur ki, “ASAN Wi-Fi” xidmətinin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənəcək. Bu xidmətin təyyarə və qatarlarda da əlçatan ola biləcəyi istisna deyil. Xidmətə dair yeni strategiya təsdiq olunandan sonra bütün məqamlar geniş ictimaiyyətə açıqlanacaq”, - deyə Mərkəzdən bildirilib.

Qeyd edək ki, “ASAN Wi-Fi” xidməti istifadəçilərə pulsuz internetdən istifadə imkanları yaratmaqla yanaşı, onları dövlət və sosial layihələr haqqında məlumatlandırmağa xidmət edir. “ASAN Wi-Fi” xidmətinin müxtəlif ictimai obyektlərdə quraşdırılması, daha geniş əhali kütləsinin ödənişsiz olaraq sistemin təqdim etdiyi xidmətlərdən istifadə etməsinə imkan yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR