Bank Of Baku

Assosiasiya sədri: Yeni güzəştlər İKT sektorunda canlanma yaradacaq

Assosiasiya sədri: Yeni güzəştlər İKT sektorunda canlanma yaradacaq
# 23 dekabr 2022 16:32 (UTC +04:00)

İnformasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində yeni güzəştlərin tətbiqi sektorda canlanma yaradacaq.

Bunu “APA-Economics”ə “Telekommunikasiya haqqında” qanuna dəyişiklikləri şərh edərkən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib.

O qeyd edib ki, beynəlxalq təcrübəyə əsasən hər bir sahədə, o cümlədən də İKT sektorunda sürətli inkişafa töhvə verən əsas faktor dövlət imtiyazlarıdır. Bu imtiyazlar həm sahibkarlıq subyektlərini, həm də əmək bazarında fəaliyyət göstərən insan resurslarını əhatə etməlidir.

“İlk öncə texnologiyalar parkından kənarda fəaliyyət göstərən İT sahibkarlıq subyektlərinin də parkın rezidentləri sayılması, sahibkarlıq subyektlərinin çevik hərəkətinin təmini üçün vergi (ƏDV, gəlir və mənfəət ) və gömrük yükündən azadolma, yaşıl dəhlizlərin açılması, bürokratik əngəllərin aradan qaldırılması, ixraca və idxala yönəlik spesifik imtiyazların formalaşması və.s. kimi kompleks yanaşmalar zəruridir. Həmçinin, sözügedən sektorda əmək bazarında fəaliyyət göstərən insan resurslarının stimullaşmasına və ixtisaslaşmasına şərait yaradan, beyin köçünün qarşısının alınmasına və ölkə üçün qalıcı insan kapitalına çevrilməsinə töhvə verəcək sosial imtiyazlar əks olunaraq ümumi sektor üçün kompleks yanaşma tətbiq olunmalıdır”, – deyə E.Abbasov əlavə edib.

O bildirib ki, Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus, Ukrayna və Gürcüstan kimi ölkələrdə müxtəlif dövlət mexanizimləri yaradılaraq İKT sektoruna imtiyazlar tətbiq edib və sektorun canlanması təmin edilib. Yeni güzəştlərin tətbiqi ilə Azərbaycan da İKT sektorunda boşluqları aradan qaldıra bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR