Bank Of Baku

AZAL Fərqanə şəhərinə reyslər açır

AZAL Fərqanə şəhərinə reyslər açır
# 14 dekabr 2022 16:07 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Özbəkistana uçuş proqramını genişləndirir və Bakı-Fərqanə-Bakı marşrutu üzrə biletləri satışa çıxarır.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, aviaşirkət bu şəhərə ilk uçuşunu dekabrın 15-də həyata keçirəcək, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetiriləcək.

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL həmçinin Özbəkistanın digər iki şəhərinə - Daşkənd və Səmərqəndə uçuşlar həyata keçirir.

AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi saytından www.azal.az, habelə aviadaşıyıcının akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR