Bank Of Baku

Azərbaycan 2024-cü ilin sonuna kimi genişzolaqlı internetlə tam təmin ediləcək

Azərbaycan 2024-cü ilin sonuna kimi genişzolaqlı internetlə tam təmin ediləcək
# 13 dekabr 2022 10:14 (UTC +04:00)

İnnovasiyaların inkişafı üçün genişzolaqlı internet xidmətləri olmalıdır. Biz 500 mindən çox abonenti yüksəksürətli internetlə təmin etmişik.

"APA-Economics" xəbər verir ki, bu sözləri bu gün Bakıda keçirilən II İllik İnnovasiyalar Sammitində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O bildirib ki, bu, 5 il əvvəllə müqayisədə 5 dəfə çoxdur.

Rəşad Nəbiyev həmçinin əlavə edib ki, 2024-cü ilin sonuna qədər Azərbaycanın tamamilə genişzolaqlı internetlə təmin edilməsi qarşıya məqsəd qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR