Azərbaycan Beynəlxalq Bankı Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində İnformasiya Texnologiyaları Akademiyasının yaradılmasına başlayıb. Bankdan “APA-Economics”ə verilən məlumata görə, layihə ölkənin əmək bazarındakı ehtiyacları nəzərə alaraq, peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək məqsədi daşıyır.
Akademiya Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə fəaliyyət göstərəcək, burada təhsil ödənişsiz olacaq. IT sahəsində bilik və bacarıqlar qazanaraq peşəkar karyera qurmaq istəyən 20-34 yaş arasında gənclərə Akademiyada təhsil almaq imkanı yaradılacaq. Layihənin effektivliyi üçün qəbul zamanı, əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin sonuncu kurslarında oxuyan tələbələrə üstünlük veriləcək.
Azərbaycan Beynəlxalq Bankının ölkənin biznes mühitində ilk dəfə olaraq həyata keçirdiyi bu sosial layihə Bankla “DAN.IT Education” mərkəzinin tərəfdaşlığı ilə reallaşdırılacaq. Qeyd edək ki, “DAN.IT Education”in Müşahidə Şurasında CISCO, WiX, SIGMA və s. bu kimi qlobal şirkətlər təmsil olunur. Mərkəzin fəaliyyəti tam şəkildə İsrail təcrübəsi əsasında qurulduğundan yeni IT Akademiyasında tədris prosesi də İsrailin IT təhsili sistemi və bu sistemin məşhur TELEM metodu əsasında aparılacaq. Belə bir metod tələbələrin güclü tərəflərini üzə çıxararaq inkişaf etdirməyə imkan verir, onlarda öyrənmə üçün motivasiya yaradır.
Akademiyada təşkil olunan bootcamp təlimlər əsasında FrontEnd və BackEnd daxil olmaqla 2 əsas istiqaməti əhatə edəcək həmçinin Mobile Application və Business Intelligence mövzuları da əlavə tədris olunacaq. Göstərilən hər proqram 300 akademik saatdan ibarət olacaq və 2,5 ay müddətində davam edəcək. Akademiyaya qəbul üçün müsabiqə sentyabrın 9-da elan ediləcək. Bu məqsədlə onlayn platforma yaradılacaq, arzu edən şəxslər qəbul üçün ərizələrini bu platforma üzərindən təqdim edə biləcəklər. Qəbul 4 mərhələdən ibarət olacaq: abituriyentlərin qeydiyyatı, İT sahəsinə olan motivasiyanın dəyərləndirilməsi, texniki test imtahanı və fərdi müsahibə.
Azərbaycan Beynəlxalq Bankı DAN.İT Education-la birgə Akademiyaya beynəlxalq təcrübəyə və yüksək peşəkarlıq səviyyəsinə malik olan təlimçilər cəlb edəcək. Həmçinin Mobile Application, Business Intelligence, Product Management, Data Science sahələri üzrə ekspertlərin tələbələrlə görüşləri və müxtəlif online-workshop-ları nəzərdə tutulub. Məzunlara əmək bazarında böyük tələbatın olmasından ötrü IT Akademiyasının nüfuzunun, burada aparılan tədris keyfiyyətinin ən yüksək səviyyəyə çatdırılması üçün bütün digər lazımi tədbirlər də həyata keçiriləcək.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, bankın belə bir sosial təşəbbüsü zamanın çağırışından irəli gəlir: “Müasir dünyamızda texnologiyalar inkişafa təkan verən həlledici amilə çevrilib. İnnovativ texnologiyalara bələdlik insanların məşğulluğu baxımından da bu gün əsas meyarlardandır. Yerli və qlobal əmək bazarlarında bu sahənin mütəxəssislərinə tələbat getdikcə artır. Biz də böyük biznes qurumlarından biri kimi gələcək qarşısındakı məsuliyyətimizi dərk edərək, həm gənclərimizin peşəkar inkişafına və əmək bazarındakı tələbatın qarşılanmasına dəstək, həm də ölkəmizdə informasiya cəmiyyətinə töhfə vermək məqsədilə belə bir sosial layihənin icrasına başladıq. Nəticəsi, ümid edirik ki, ölkəmiz, insanlarımız üçün çox faydalı olacaq”.
“DAN.IT Education” mərkəzinin qurucusu Eran Lasser isə deyib: “Bu sosial təşəbbüsün reallaşdırılmasında Azərbaycan Beynəlxalq Bankının tərəfdaş olaraq məhz bizi seçməsindən çox məmnunuq. Bu seçim təsadüfi deyil. “DAN.IT Education” məzunlarının kursları başa vurduqdan dərhal sonra IT sferasında işə götürülmə göstəricisi 73%-dən çoxdur. Bu da bizim tətbiq etdiyimiz öyrətmə metodlarının effektivliyindən, tədris sistemimizin keyfiyyətindən irəli gəlir. Belə bir layihə IT sahəsində peşəkar biliklər qazanaraq uğurlu karyera qurmaq istəyən hər kəsə gözəl bir şansdır. İnanırıq ki, bu Akademiyanın fəaliyyəti ilə Azərbaycanın IT təhsili ekosisteminə də maraqlı yeniliklər gətirə biləcəyik”.
Azərbaycan Beynəlxalq Bankı IT Akademiyası yaradır
İnfrastruktur
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir
Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu ilə bu il 53 min sərnişin səfər edib
Xəbər Lenti
Almaniyada Bab əl-Məndəb boğazındakı vəziyyət fonunda yanacağın qiyməti kəskin artıb
Kuşner Ukrayna üzrə növbəti addımların yaxın həftələrdə açıqlanacağına ümid edir
Nyu-Yorkda uşaq meydançasında atışma nəticəsində iki nəfər ölüb
Kuşner Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli formatda yeni ideyaların müzakirə olunacağına ümid edir
Husilərin zərbəsi nəticəsində Səudiyyə Ərəbistanında iki nəfər yaralanıb
Reuters: Husilərə qarşı mümkün əməliyyat ABŞ-nin silah ehtiyatlarını daha da azalda bilər
Kuşner: Ukrayna üzrə danışıqlarda ən çətin məsələ ərazilərlə bağlıdır
Lavrov Zelenskinin Moskvaya dəvət edilməsini “xoşməramlı jest” adlandırıb
Husilər Səudiyyə Ərəbistanının iki gündə Yəmənə 129 hava zərbəsi endirdiyini açıqlayıb
IRNA: Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında iki partlayış baş verib
Yaponiyada atletika çempionatı zamanı 28 nəfər qidadan zəhərlənib
Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib
İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
CNN: Ukrayna Mali və Sudanda yerli silahlı qruplara təlim keçmək üçün hərbçilər göndərib
Yəmən hökumət qüvvələri Moha yaxınlığında husilərin hərbi texnikasını məhv etdiklərini açıqlayıb
İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq
Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO
Türkiyə XİN İraqdan Səudiyyə Ərəbistanına PUA hücumlarını pisləyib
Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib
Qarabağ və Şərqi Zəngəzura səfər edən media nümayəndələri: Diplomatların gözü ilə bu torpaqları müşahidə etmək fərqli təcrübə idi
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb
Qubada iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Azərbaycan, Braziliya, Türkiyə və Avstraliya “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb
İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər
Kəlbəcərdə Bal Festivalı keçirilib - FOTO - VİDEO
Gürcüstanda vətənə xəyanətdə ittiham edilən müxalifət lideri həbs olunub
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər - FOTO - VİDEO
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb