Azərbaycan dəmir yolları ilə bu il 18,5 mln. ton yüklərin daşınması proqnozlaşdırılır.
“APA-Economics” xəbər verir ki, bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, bu il dəmir yolları ilə yükdaşımalarda ciddi artım müsahidə edilir: “Əgər biz ötən il 15 mln. ton yük daşımışıqsa, artıq bu ilin 11 ayında 17 mln. ton yük daşınıb” - Rövşən Rüstəmov qeyd edib.
O əlavə edib ki, tranzit yükdaşımalarda ciddi artım qeydə alınıb, həm şərq-qərb, həm də şimal-qərb istiqamətləri üzrə artım müşahidə olunur.
Qeyd edək ki, bu il üçün götürülən proqnoz göstərici ilə ötən ilin yükdaşıma həcmini müqayisə etdikdə, 23%-dən çox artımın qeydə alınacağı ehtimal olunur.
Rahim Tarıverdiyev