Bank Of Baku

"Azərbaycan Dəmir Yolları" və "Alstom" arasında müqavilə imzalanıb

"Azərbaycan Dəmir Yolları" və "Alstom" arasında müqavilə imzalanıb
# 29 iyul 2019 11:57 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC ilə Fransanın “Alstom” şirkəti arasında texniki dəstəyin göstərilməsinə dair Lokomotivlər parkı üzrə müqavilə imzalanıb.

"APA-Economics"in məlumatına görə, müqaviləni QSC-nin sədri Cavid Qurbanov və “Alstom”un Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraedici direktoru Elşən Zeynalov imzalayıblar. 

Müqaviləyə əsasən “Alstom” şirkəti QSC tərəfindən Fransa şirkətindən alınan lokomotivlərin təmiri üzrə gələcəkdə texniki dəstək göstərəcək.

Qeyd edək ki, sənəd Azərbaycanın Maliyyə naziri Samir Şərifov Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Le Merinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü çərçivəsində imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR