Bank Of Baku

Azərbaycan startapları arasında ”Seedstars World” müsabiqəsinin yerli seçim turu keçiriləcək

Azərbaycan startapları arasında ”Seedstars World” müsabiqəsinin yerli seçim turu keçiriləcək
# 05 iyun 2019 14:26 (UTC +04:00)

“Azercell Telekom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə 15-16 iyun tarixlərində startaplar arasında ”Seedstars World” müsabiqəsinin yerli seçimləri keçiriləcək.

Şirkətdən APA-ya verilən məlumata görə, ölkədə 7-ci dəfə baş tutacaq bu yarışma, inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirməyə kömək edəcək. 

Müsabiqənin qalibi seçilən startap Azərbaycanı “Seedstars CEE” regional sammitində təmsil etməklə yanaşı, bütün xərclər qarşılanmaqla, İsveçrədə keçirilən “Seedstars World” yarışmasına qatılmaq, bununla da, “Seedstars Global Winner” adı və 500 min dollar dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparacaq.

Startaplar 9 iyun tarixinədək müraciət edərək, müsabiqədə iştirak etmə imkanı qazanacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR