Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Bakıda səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Umurzakov Sardor arasında görüş keçirilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında telekommunikasiya, informasiya texnologiyaları, startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.