Bank Of Baku

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 42% artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 42% artıb
# 15 dekabr 2022 13:54 (UTC +04:00)

Azərbaycanda dəniz nəqliyyatı ilə 2022-ci ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 6 965,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 42,4% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 43%-i neft yükləri təşkil edir.

“Dəniz limanları tərəfindən 10 716,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 9908,2 min tonunu və ya 92,5%-i tranzit yüklər təşkil edib. 2022-ci il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 347,5 min ton olub”, - məlumatda qeyd edilir.

Məlumata görə, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilin müvafiq dövrünə nisbətən 24,1% artaraq 19,6 min nəfər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR