Bank Of Baku

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar 24,5% azalıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar 24,5% azalıb
# 28 may 2019 11:16 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2 146,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,5% azalıb.

ONA-ya Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, daşınmış yüklərin 32,8%-ni neft yükləri təşkil edib.

Bundan başqa, dəniz limanları tərəfindən 2 774,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib, yüklərin 2 518,1 min tonu və ya 90,8%-i tranzit yüklərin payına düşüb.

Məlumata əsasən, 2019-cu il may ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 79,2 min ton təşkil edib.

Hesabat dövrü ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 22,2% artaraq 5,5 min nəfər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR