Bu ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunan məhsulun ümumi dəyəri 7,8% artaraq 460,5 milyon manat təşkil edib.
“APA-Economics”-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, tikinti kərpicinin istehsalı 58,3%, tikinti əhənginin istehsalı 54,7%, hörmə üçün hazır beton qarışığının istehsalı 14,4%, sementin istehsalı 0,5% artıb, betondan yığma tikinti konstruksiyalarının istehsalı 51,9%, tikinti gipsinin istehsalı 82,2% azalıb.
Tikinti materiallarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı
|
Məhsul növləri |
2019-cu ilin yanvar-iyul aylarında istehsal olunub |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.08.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Sement, min ton |
1 928,0 |
100,5 |
63,6 |
|
Tikinti gipsi, min ton |
5,8 |
17,8 |
2,1 |
|
ondan əmtəəlik |
5,7 |
75,2 |
2,1 |
|
Tikinti əhəngi, min ton |
26,3 |
154,7 |
1,9 |
|
Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri, min ton |
63,7 |
126,5 |
43,6 |
|
Betondan yığma tikinti konstruksiyaları, min kub metr |
25,1 |
48,1 |
5,5 |
|
Asfalt, min ton |
165,3 |
148,8 |
- |
|
Tikinti kərpici, min kub metr |
246,9 |
158,3 |
16,4 |
|
Hörmə üçün hazır beton qarışığı, min ton |
945,6 |
114,4 |
- |
|
Emal olunan mərmər, travertin, alebastr və onlardan məmulatlar, ton |
20 312,1 |
145,2 |
352,0 |