Paşha Bank
Bank Of Baku

Azərbaycanda quru yük daşımalarında əhəmiyyətli yüksəliş: tranzit həcmi iki dəfədən çox artıb

Azərbaycanda quru yük daşımalarında əhəmiyyətli yüksəliş: tranzit həcmi iki dəfədən çox artıb
# 12 oktyabr 2026 13:03 (UTC +04:00)

AZCON Holding şirkətlərindən olan ASCO-nun quru yük gəmiləri ilə daşımaların həcmində 2026-cı ilin yanvar–sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli müsbət dinamika qeydə alınıb.

ASCO-dan "APA-Economics"ə verilən məlumata görə, 2025-ci ilin 9 ayında quru yük gəmiləri ilə 1 milyon 19 min 65 ton yük daşındığı halda, 2026-cı ilin analoji dövründə bu göstərici 39% artaraq 1 milyon 415 min 187 tona çatıb.

Ümumi göstəricilərdəki bu yüksəliş dinamikası ötən ayda da özünü göstərib. Belə ki, cari ilin sentyabrında 163 min 90 ton yük daşınıb ki, bu da keçən ilin müvafiq ayındakı 143 min 115 tonla müqayisədə 19 min 975 ton və ya 14% çoxdur.

Quru yük gəmiləri ilə tranzit daşımalarında da nəzərə çarpan artım baş verib. 2026-cı ilin yanvar–sentyabr aylarında tranzit yükün həcmi 1 milyon 14 min 615 ton təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 476 min 192 ton olub. Beləliklə, tranzit daşımalarının həcmi 538 min 423 ton və ya 113% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR