Yaxın bir ay ərzində Blockchain Azərbaycan Mərkəzi Ədliyyə Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə "SMART-müqavilə" layihəsinin geniş təqdimatını keçirəcək.
Bunu “APA-Economics”ə Azərbaycan İnternet Forumunun (AİF) sədri Osman Gündüz deyib.
Onun sözlərinə görə, söhbət Azərbaycanda kommunal qurumlarla vətəndaşlar arasında bağlanan müqavilələrin “blockchain” texnologiyası üzərindən həyata keçirilməsindən gedir.
Hazırda layihənin icrası ilə bağlı Nazirlik tərəfindən hazırlıq işləri aparılır.