Bank Of Baku

Azərbaycanda yük daşımaları 13%, sərnişin daşımaları isə 36%-dək artıb

Azərbaycanda yük daşımaları 13%, sərnişin daşımaları isə 36%-dək artıb
# 14 dekabr 2022 17:23 (UTC +04:00)

Azərbaycanda nəqliyyat sahəsində bu ilin yanvar-noyabr ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,9% və 35,5% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 197,3 mln. ton yük daşınıb. Yüklərin 3,5%-i dəniz, 8,6%-i dəmir yolu, 0,2%-i hava, 57,4%-i avtomobil nəqliyyatı, 30,3%-i isə boru kəməri ilə daşınıb.

“Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 12,5% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,1% təşkil edib”, - məlumatda qeyd olunur.

Məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında nəqliyyatçılar 1 466,2 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,8%-i avtomobil nəqliyyatı, 12,8%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR