Bank Of Baku

İyunun 10-da Azərbaycanda televiziya və radio kanalların yayımı dayandırılacaq

İyunun 10-da Azərbaycanda televiziya və radio kanalların yayımı dayandırılacaq
# 07 iyun 2019 09:35 (UTC +04:00)

İyunun 10-da Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq. Bunu APA-ya "Teleradio" İstehsalat Birliyindən deyiblər.

Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunan cədvələ uyğun həyata keçirilir. Bu ilin cədvəlinə əsasən, dörd kompleks profilaktika nəzərdə tutulub.

Birinci profilaktika martın 4-də keçirilib, ikincisi iyunun 10-da, üçüncüsü sentyabrın 16-da və dördüncüsü dekabrın 9-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR