Bank Of Baku

Azərbaycanla Moldova arasında “Ağıllı şəhər” və süni intellekt istiqamətlərində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Moldova arasında “Ağıllı şəhər” və süni intellekt istiqamətlərində əməkdaşlıq müzakirə edilib
# 16 dekabr 2022 19:48 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Moldova Respublikasının Baş nazirinin rəqəmsallaşma məsələləri üzrə müavini Yurie Tsurkanunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Moldova arasında İKT, innovasiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

“Elektron hökumət”, “Ağıllı şəhər” və süni intellekt istiqamətlərində əməkdaşlıq və təcrübə mübadiləsi, İT və innovasiyalar sahəsində insan kapitalının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR