Bank Of Baku

“Azəriqaz”: Bakıda qazlaşmamış böyük yaşayış massivləri yoxdur

“Azəriqaz”: Bakıda qazlaşmamış böyük yaşayış massivləri yoxdur
# 23 dekabr 2022 12:00 (UTC +04:00)

Qazlaşma tədbirləri çərçivəsində "Azəriqaz" İstehsalat Birliyi bu ilin yanvar-iyun aylarında Azərbaycanda 565 kilometr uzunluğunda yeni qaz xətləri çəkib.

"APA-Economics" xəbər verir ki, bunu "Azəriqaz"ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hesabat dövründə çəkilən qaz xətlərinin 40 km-i Bakı və Abşeronun, 525 km-i isə regionların payına düşüb.

Şöbə rəisi onu da vurğulayıb ki, Bakı şəhəri ərazisində qazlaşmamış böyük yaşayış massivləri demək olar ki, yoxdur. Qalan xırda yaşayış massivlərinin isə qazlaşma prosesi davam etdirilir.

Qeyd edək ki, hazırda ölkə ərazisində qazlaşma səviyyəsi 96,3% təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR