Bank Of Baku

“Azəriqaz”: Sonradan salınmış yaşayış massivlərinin qazlaşdırılmasına önəm veriləcək

“Azəriqaz”: Sonradan salınmış yaşayış massivlərinin qazlaşdırılmasına önəm veriləcək
# 23 dekabr 2022 11:57 (UTC +04:00)

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 2022-ci ilin qazlaşdırma proqramı çərçivəsində nəzərdə tutulan işlərinin 92%-i yerinə yetirilib.

"APA-Economics" xəbər verir ki, bunu "Azəriqaz"ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ilin əvvəlində qazlaşma proqramının həyata keçirilməsində müəyyən ləngimələr oldu, bu da Rusiya və Ukrayna arasında olan münaqişə səbəbindən ölkəyə polad borularının gətirilməsində müəyyən problemlərin yaranması nəticəsində baş verib. Lakin “Azəriqaz”ın ehtiyat materiallarının hesabına və digər tədbirlər nəticəsində yarana problemlərdən yan keçmək mümkün oldu.

“Hazırda təqribən 92% qazlaşdırma işləri tamamlanıb bizdə (bu ilin qazlaşdırma proqramında nəzərdə tutulmuş – red.). Qalan işlər, çox güman ki, gələn ilin yanvar ayının ilk 15 günlüyündə tamamlanacaq və o qalan məntəqələrə də biz təbii qazın verilməsini tam təmin edəcəyik”, - Teymur Cəfərov qeyd edib.

O xatırladıb ki, bu ilin proqramı çərçivəsində 114 yeni yaşayış massivinin və kəndlərin qazlaşdırılması nəzərdə tutulub.

Teymur Cəfərovun sözlərinə görə, bu il əsas önəm cənub bölgədə yaşayış məntəgələrinin qazlaşmasına önəm verilmişdir. Növbəti ildə eyni xüsusi önəm qazlaşdırılmış yaşayış məntəqələrdə sonradan salınmış yeni yaşayış massivlərinin qazlaşdırılmasına veriləcək.

Şöbə rəisi onu da əlavə edib ki, hazırda ölkə ərsizində qazlaşma səviyyəsi 96,3% təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR