Bank Of Baku

“Azəriqaz” Sumqayıtda təmir işlərini təxirə salıb

“Azəriqaz” Sumqayıtda təmir işlərini təxirə salıb
# 20 dekabr 2022 12:04 (UTC +04:00)

Hava şəraitinin kəskin soyuması ilə əlaqədar Sumqayıt şəhərinin qaz təchizatında planlaşdırılan təmir işləri təxirə salınıb.

SOCAR İstehsalat Birliyi “Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, "Şəhər-4” orta təzyiqli qaz xəttində aparılacaq təmir işləri, həmçinin Sumqayıt şəhəri, 16-cı mikrorayon, İ.Qayıbov küçəsində yerləşən “Bakı-XXI Bm” MTK-ya məxsus 240 mənzilli yaşayış binasına təbii qazın verilməsi məqsədilə çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, 20.12.2022-ci il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək “Şəhər-4” orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılacağı planlaşdırılırdı.

“Lakin hava şəraitinin kəskin soyuması səbəbindən görüləcək işlər müvəqqəti təxirə salınıb. Bu gün Sumqayıt şəhərinin qaz təchizatında heç bir planlı məhdudiyyət olmayacaq”, - məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR