Bank Of Baku

“Azərkosmos”un gəlirlərinin 82%-ni xidmət ixracından əldə etdiyi gəlirlər təşkil edib

“Azərkosmos”un gəlirlərinin 82%-ni xidmət ixracından əldə etdiyi gəlirlər təşkil edib
# 30 dekabr 2022 12:05 (UTC +04:00)

2022-ci ilin yanvar-noyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 41 ölkəsinə 24 mln. dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82%-ni təşkil edib.

2022-ci ilin noyabr ayında isə “Azərkosmos” dünyanın 34 ölkəsinə 2,3 mln. dollar dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-noyabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 6 mln. dollar ilə Birləşmiş Krallıq, 5,3 mln. dollar ilə Fransa, 4 mln. dollar ilə Lüksemburq, 2,1 mln. dollar ilə BƏƏ və 1,3 mln. dollar ilə Pakistan qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR