Bank Of Baku

“Bakcell” yeni "099" operator kodunu alacaq

“Bakcell” yeni "099" operator kodunu alacaq
# 02 avqust 2019 20:10 (UTC +04:00)

Azərbaycanın mobil rabitə operatoru “Bakcell” yeni operator kodunu (prefiksi) alacaq.  

"APA-Economics"ə telekommunikasiya sahəsindəki etibarlı mənbədən verilən məlumata görə, yeni prefiks "099" olacaq. 

“Yeni prefiksin alınması ilə bağlı artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət olunub”, - deyə bildirilib. 

Beləliklə, bundan sonra şirkət iki operator koduna ("055" və "099") malik olacaq. 

Qeyd edək ki, hazırda ölkənin digər mobil rabitə operatoru olan "Azercell"in də yeni - 010 prefiksi istifadəyə verəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR