"Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi" layihəsinin dəyəri 2,5 mln. avro səviyyəsində nəzərdə tutulub.
"APA-Economics"in məlumatına görə, bu barədə ATƏT-in İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi, səfir Vuk Zugic bildirib.
Onun sözlərinə görə, bu ekstra-büdcə layihəsidir və bu layihənin maliyyələşdirilməsini maraqlı tərəflər təmin edəcək.
Qeyd edək ki, “Bakı Beynəlxalq Dəniz Limanı” bu gün ATƏT-lə birgə Xəzər dənizi limanlarımda "rəqamsal dəniz" in gücləndirilməsinə dair birgə layihəyə başlayıb. Layihə Azərbaycan, Qazaxıstan və Türkmənistanın yaşıl liman və bağlılıq mövzusunda Xəzər dənizində mövqelərini gücləndirəcək. Sözügedən layihə ATƏT tərəfindən qəbul edilmiş "ATƏT Regionunda Enerji ilə Əlaqədar Fəaliyyətlərin Ətraf Mühitə Təsirini Azaltmaq", "ATƏT-də Nəqliyyat Üzrə Dialoqun Gücləndirilməsi" və "Düzgün İdarəetmənin Gücləndirilməsi və Bağlılığın Təşviqi" proqramları çərçivəsində keçirilir.