Bank Of Baku

"Bakı Metropoliteni": Məsləhət olan kimi tikintiyə start veriləcək

"Bakı Metropoliteni": Məsləhət olan kimi tikintiyə start veriləcək
# 05 noyabr 2022 15:46 (UTC +04:00)

Bakı Metropoliteninin "E-15" stansiyasının katlavanı artıq qazılıb.

"APA-Economics" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov bildirib.

“"E-16" 50%-dən artıq tikilib, "E-14" stansiyasında isə yalnız işlərə start verilməsi qalıb”

Metrostansiyaların tikintisinə gec-gec start verilməsinə gəlincə, baş mühəndis bunları bildirib: "Metropoliten tikintisi çox böyük vəsait tələb edir. Vəsaitin də hara yönəlməsini bizdən yaxşı bilənlər var. Buna görə də tikintinin aparılması üçün vəsaitin ayrılması nə zaman məsləhət bilinsə, o zaman start veriləcək".

Əlixan Osmanov həmçinin əlavə edib ki, 8 Noyabrdan "B-4" stansiyasına kimi tunellər qazılıb, tunellərin içərisində artıq quraşdırılma işləri gedir. “"B-4" stansiyası mərtəbə-mərtəbə tikilərək aşağı düşülür. İki mərtəbəsini tikmişik, tikintisi davam edir. Gələn ilin sonuna, ən geci 2024-cü ilin əvvəlinə stansiyanın tikintisini başa çatdıra bilərik", - deyə baş mühəndis bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR