Bank Of Baku

Bakı metrosunda elektrik problemi qatarların hərəkətini gecikdirib

Bakı metrosunda elektrik problemi qatarların hərəkətini gecikdirib
# 14 noyabr 2022 12:45 (UTC +04:00)

Gərginlik düşməsi nəticəsində "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, 4 dəqiqədən sonra işıqlanma bərpa olunub.

“Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub və hazırda gecikmə tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir. Hadisənin səbəbləri araşdırılır. Digər detallar məlum olduqca informasiya veriləcək”, - deyə B.Məmmədov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR