Bank Of Baku

Bakı-Quba-Rusiya yolunun 64 kilometrlik hissəsi istifadəyə verilib - FOTO

Bakı-Quba-Rusiya yolunun 64 kilometrlik hissəsi istifadəyə verilib - FOTO
# 23 dekabr 2022 15:27 (UTC +04:00)

Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 64 kilometrlik hissəsi istifadəyə verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli APA-ya deyib ki, yol Prezident İlham Əliyevin tapşırığına əsasən, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində açılıb.

Açılış mərasimində AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov, Quba və Şabran rayonlarının icra hakimiyyəti başçıları iştirak edib.

Bildirilib ki, Qubadan Bakı istiqamətində yenidən qurulan 67 kilometrlik yolun son 3 kilometrində işlər 2023-cü ilin yanvar ayında tam başa çatdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR