Bank Of Baku

Bakı teleqülləsi alternativ enerji mənbələri ilə təmin olunub

Bakı teleqülləsi alternativ enerji mənbələri ilə təmin olunub
# 07 iyun 2019 16:36 (UTC +04:00)

Bakı televiziya qülləsi alternativ enerji mənbələri ilə təmin olunub. Bunu "APA-Economics"ə "Teleradio" İstehsalat Birliyindən deyiblər.

Müəssisədən bildiriblər ki, bu məqsədlə dizel-elektrik generatorlarından istifadə olunacaq ki, bu da fövqəladə hallar baş verdikdə teleqüllə fasiləsiz elektrik enerji ilə təmin ediləcək.

"Dizel-elektrik generatorların quraşdırılması ötən il Mingəçevir istilik elektrik stansiyasında baş verən qəzadan sonra aktuallaşdı. Belə ki, qəza nəticəsində televiziya yayımı tam kəsilməsə də, fasilələr müşahidə olunurdu. Hazırda dizel-elektrik generatorlar artıq qurulub", - deyə İstehsalat Birliyindən qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR