Bank Of Baku

Bakı və Abşeronda rəqəmli radionun test yayımına başlanılacaq

Bakı və Abşeronda rəqəmli radionun test yayımına başlanılacaq
# 07 iyun 2019 10:52 (UTC +04:00)

Yaxın vaxtlarda Bakı və Abşeron yarımadasında rəqəmsal radionun test yayımına başlanacaq. Bunu APA-ya "Teleradio" İstehsalat Birliyindən deyiblər.

Rəqəmsal radio yayımı Avropanın DAB (Digital Audio Broadcasting) standartı ilə təşkil olunacaq.

"Test yayımı ilə bağlı 1 verici quraşdırılacaq ki, bu da qeyd olunan əraziləri qismən əhatə edəcək", - deyə "Teleradio"dan qeyd ediblər.

İstehsalat Birliyindən həmçinin bildirilib ki, hazırda ölkədə DAB texnologiyanı dəstəkləyən radioların sayı olduqca azdır. Lakin bu texnologiyanın tətbiqindən sonra onların sayının gələcəkdə artacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR