Paşha Bank
Bank Of Baku

Bakıda Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir - FOTO

Bakıda Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir - FOTO
# 06 oktyabr 2026 09:56 (UTC +04:00)

Bu gün Bakı şəhərində “Orta Dəhliz boyunca infrastrukturun, yaşıl enerjinin və rəqəmsal bağlantının maliyyə imkanları” mövzusu altında “Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026” keçirilir.

“APA-Economics” xəbər verir ki, konfransın məqsədi ikitərəfli və regional iqtisadi əməkdaşlığı dərinləşdirmək, eləcə də Azərbaycanda və daha geniş regionda dayanıqlı inkişafın dəstəklənməsi üçün Almaniya və Avropa maliyyəsi, texnologiyası və ekspertizasını cəlb etməkdir.


Konfrans Almaniya, Azərbaycan və tərəfdaş ölkələrdən dövlət nümayəndələrini, maliyyə institutlarını, layihə sahiblərini və biznes liderlərini bir araya gətirir.

Tədbir çərçivəsində investisiya imkanları müzakirə olunacaq, həmçinin Orta Dəhliz boyunca infrastruktur, enerji keçidi və rəqəmsal bağlantı sahələrində strateji layihələrin maliyyələşdirilməsi imkanları nəzərdən keçiriləcək.

Qeyd edək ki, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Dirk Lölkenin və digər qurumların rəsmi nümayəndələrinin iştirakı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR