"MilliÖN" ödəmə terminalları yeni 10 və 200 manatlıq əsginasların qəbuluna uyğunlaşdırılıb. Bunu “APA-Economics”ə "Komtec" şirkətinin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.
Onun sözlərinə görə, ilkin olaraq test mərhələsində yeni əsginasların qəbulu üçün zəruri olan proqram təminatı paytaxtın Yasamal rayonunda mövcud olan 6 terminalda quraşdırılıb.
“Sınaq bitdikdən sonra ikinci mərhələdə proqram yeniləməsi işləri bütün "MilliÖN" şəbəkəsi üzrə aparılacaq. Hazırda "MilliÖN" şəbəkəsi ümumilikdə 3 minə yaxın ödəmə terminalından ibarətdir”, - deyə Ü. Əfəndiyeva qeyd edib.