Bakıdan Karaçiyə – yeni imkanlar, geniş üfüqlər - FOTOLENT

Bakıdan Karaçiyə – yeni imkanlar, geniş üfüqlər - FOTOLENT
# 24 aprel 2024 13:09 (UTC +04:00)

"Pakistan strateji yerləşməsi, həmçinin iki ölkə arasında möhkəm mədəni əlaqələr və aviadaşımalara artan tələbat sayəsində Azərbaycanın milli aviadaşıyıcı - AZAL üçün mühüm bazardır".

APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin Pakistandakı baş satış agenti olan “Mian’s Group”un sədri Amer Səid Mian (Amer Saeed Mian) Karaçi şəhərinə birbaşa reysin açılışı ilə əlaqədar təşkil olunan media-tur çərçivəsində bildirib.

Onun sözlərinə görə, Pakistanın dinamik iqtisadiyyatı və inkişaf edən turizmi marşrut şəbəkəsini böyütmək istəyən aviaşirkətlər üçün ölkəni cəlbedici istiqamətə çevirir.

“Biz bazarı, onun səmərəliliyini və ehtiyaclarını davamlı olaraq qiymətləndiririk və mövcudluğumuzu və ya sərnişin xidmətlərimizi daha da genişləndirməyə hazırıq”, - Amer Səid Mian qeyd edib.

İnzibati mərkəzi Karaçi şəhəri olan Sindh əyalətinin Turizm İnkişafı Korporasiyasının icraçı direktoru Seyid Feyaz Əli Şahın sözlərinə görə, (Syed Feyaz Ali Shah) AZAL-ın Azərbaycanla Pakistan arasında həyata keçirdiyi reyslər iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsinə və inkişafına dəstək verəcək.

Seyid Feyaz Əli Şahın onu da qeyd edib ki, Karaçi 30 milyondan artıq əhalisi olan Pakistanın ən iri şəhəridir. Karaçi Pakistanın əsas ticarət mərkəzidir və burada sahilyani turizmin inkişafı və investisiyaların yatırılması üçün böyük imkanlar mövcuddur. Bununla yanaşı, şəhər zəngin tarixə, mədəniyyətə, arxeologiya və ənənələrə malikdir. Qeyd olunan faktorla da, bütün ölkələr, həmçinin, Azərbaycan üçün böyük imkanlar və geniş üfüqlər açıq.

“Bu şəhərdə aeroport, sahilyanı imkanları və liman infrastrukturu hesabına yüksək ticarət, işgüzar fəallıq müşahidə olunur. Bununla yanaşı, Karaçi zəngin tarixə, mədəniyyətə və ənənələrə malikdir. Belə ki, biz Azərbaycandan tələbələri, alimləri və arxeoloqları bura dəvət edirik, Sindh əyaləti ilə yaxından tanış olmağa çağırırıq", - Korporasiya rəhbəri vurğulayıb.

Qeyd etmək lazımdır ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL aprelin 18-də Bakıdan Pakistanın Kəraçi şəhərinə ilk reysini yerinə yetirib. Bakı və Kəraçi arasında uçuşlar həftədə iki dəfə — Bakıdan Kəraçiyə cümə axşamı və bazar günləri, əks istiqamətdə isə bazar ertəsi və cümə günləri həyata keçirilir.

Kəraçi AZAL-ın marşrut şəbəkəsində Pakistanın sayca üçüncü şəhəri oldu. Həmçinin aviaşirkət Pakistanın paytaxtı İslamabada və bu ölkənin digər böyük şəhəri olan Lahora müntəzəm reyslər yerinə yetirir.

Belə ki, Kəraçi Pakistanın mühüm iqtisadi, tarixi və mədəni mərkəzlərindən biri hesab olunur. Bakı-Karaçi-Bakı marşrutunun açılması Azərbaycan və Pakistan arasında əlaqələrin daha da möhkəmlənməsinə, biznes və turizm imkanlarının genişlənməsinə töhfə verəcək.

Bakıdan Karaçiyə ilk reysin açılması münasibəti ilə Azərbaycandan geniş media-tur təşkil olunub. Tur çərçivəsində media nümayəndələri Pakistan Dövlət Bankı Muzeyi və İncəsənət Qalereyası, Qasr-e-Fatima kimi tanınan Mohatta Sarayını, Pakistanın ilk general-qubernatoru və ölkənin qurucu şəxsiyyəti olan Məhəmmed Əli Cinnanın Quaid-e-Azam evini və Quaid-e-Azam məqbərəsini ziyarət ediblər. Bununla yanaşı, tur çərçivəsində jurnalistlər və blogerlər Karaçınin iqtisadı, ticari imkanları barəsində məlumatlandırılıb, şəhərin nəqliyyat, liman infrastrukturu və onun imkanları ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR